Kastamonuda Doqquzat kəndində odunçu çalışan Osman Balta, kəsdiyi qoz ağacının gövdəsində "qadın silueti" olduğunu görüb. İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, aydınlaşdırmaq üçün siluetə su tökən odunçu, çəkdiyi şəkilləri ictimai mediada paylaşıb. Bir çox adam ağacı almaq istədiklərini bidlirib və bunun üçün Kastamonuya gələcəklərini söyləyib. Osman Balta Kastomunda qoca ağacları kəsib mebel hazırlamaq üçün Bursada yerləşən fabrikə göndərdiyini bildirib. O, indiyədək kəsdiyi ağaclarda belə bir hala rast gəlmədiyini açıqlayıb.

Odunçu, qadın silüetinin ağacın kökündən başlayaraq 2 metr hündürlüyə qədər qalxdığını deyib. “Ağacın fotosunu paylaşdıqdan sonra böyük marağa səbəb olub. İstanbuldan, Bursadan çox adam zəng edib ki, biz gəlib baxaq sonra sat. Onların gəlməsini gözləyirəm. Qoz ağacının tonu min lirəyə satılır. Ancaq bu ağacı baha satmaq istəyirəm.  Maraq böyükdür”- deyib.