İqtisadiyyat.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Qətərin beynəlxalq futbol təşkilatına ev sahibi hüququnu əldə etmək üçün 880 milyon dollar rüşvət verdiyi iddia olunur. Avropa mətbuatında bu haqda ard-arda yazılar dərc edilir. Yazılanlara görə, təşkilatçılar pulun 400 milyonunu hələ seçkilərdən əvvəl alıblar. Qətər üç il sonra onlara daha 480 milyon dollar verəcək.

Rusiya futbol üzrə dünya çempionatına keçən il ev sahibliyi etmişdi. Onda çempion adını Fransa milli komandası qazanmışdı. Qətərdə isə dünya çempionatı 2022-ci ildə keçiriləcək. Özü də tarixdə ilk dəfə olaraq, oyunlar yayda yox, ilin noyabr-dekabr aylarında baş tutacaq.