“Qarabağ” – “Qalatasaray” oyununun biletləri sabah satışa çıxarılır.
İqtisadiyyat.az xəbər verir ki, “Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
▪️Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
▪️Iticket.az-ın satış məntəqələri;
▪️“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
▪️Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.