Səməd İsmayıl oğlu Seyidov “Şöhrət” ordeni ilə təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Səməd Seyidov Milli Məclisin deputatıdır. O, parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri vəzifəsini tutur. 

Sabah S.Seyidovun 60 yaşı tamam olur.