Prezident Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şiə Sudani ilə telefon danışığı aparıb.


İqtisadiyyat.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını bildirib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini deyən prezident Ərdoğan, terror təşkilatı PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının bu ölkənin milli təhlükəsizlik maraqlarının da zərurətindən olduğunu bildirib.