Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9 milyonu ötüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi Twitter hesabında məlumat yayıb.

Yalnız dünən Ukraynadan Polşaya 29 min 900 nəfərin daxil olduğu bildirilən yazıda müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 74 minə çatdığı açıqlanıb.

Paylaşılan məlumatlara görə, Polşanı tərk edən ukraynalıların ümumi sayı 7 milyon 250 min nəfər olub.