“PAŞA Bank” ASC olaraq Valyuta İdarəedilməsi üzrə Baş Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• Banklararası xarici valyuta mübadiləsi, qiymətli metal, əmtəə ticarət müzakirəsi və icrası,
• Bankın valyuta mövqeyinin daxili və normativ qaydalar əsasında idarəsi,
• Əlverişli əməliyyatların icrası üçün yerli və beynəlxalq valyuta bazarı imkanlarının araşdırılması,
• Hesabatların keyfiyyət və dəqiqliyinə nəzarət, həmçinin daxil edilmiş məlumatların doğruluğunun təminatı,
• Qiymətli metal, valyuta, əmtəə qiymətlərinin müəyyənləşdirilməsi və satış üçün təkliflərin hazırlanması,
• Bütün proses və qanunların ən yaxşı təcrübəyə, Bankın davranış qayda və normativ tələblərinə uyğunluğunu təmin etmək,
• Yerli və xarici Mİ ilə banknot ticarətinin müzakirə və icrası.

Sizdən nə tələb olunur?

• Təhsil: Maliyyə üzrə Bakalavr və ya Magistr təhsili
• İş təcrübəsi: Müvafiq sahədə ən az 3 il
• Xarici dil bilikləri: Səlis İnglis dili
• Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri və Bloomberg
• Digər: Valyuta,yerli və beynəlxalq bazar barədə biliklər
• Üstünlük verilir: Rus dili biliyi və CFA sertifikatı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi recruitment@pashabank.az ünvanına başlıqda “Valyuta İdarəedilməsi üzrə Baş Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur.