Çexiyanın xarici işlər naziri Yan Lipavski Rusiyanın bu ölkədəki səfiri Aleksandr Zmeevskini Praqada Rusiya ilə əlaqəli olan Çexiya obyektlərinə kiberhücumlarla bağlı vəziyyətə görə XİN-ə çağırıb.   

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb. 

"Biz Rusiya Federasiyasını BMT normalarına və öz öhdəliklərinə zidd olan bu hərəkətləri dayandırmağa çağırdıq", - deyə agentlik Lipavskidən sitat gətirib.

Rusiya səfirliyi səfirin Çexiya Xarici İşlər Nazirliyinə çağırılmasını şərh etməyib.