Ordu şəhərinə bir sıra proqramlara qatılmaq üçün gələn Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz, AĞ Partiya Ordu şəhəri üzrə rəhbərliyin təşkil etdiyi yığıncaqda qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri ilə görüşüb. İqtisadiyyat.az türk mediasına istinadən bildirir ki, iştirakçılara xitab olaraq danışan nazir Dönməz, Türkiyənin yeni enerji mənbələri axtarışında olduğunu bildirib.
“Texnologiya inkişaf edir. Müxtəlif müasir görünüşlər və yer altında olanları tapmaq üçün imkanlar var”  deyən nazir Dönməz, “Biz keçən il edilən tenderlə 2 təyyarə kirayəyə götürdük və havadan geofiziki görüntü əldə edirik. Təyyarə havada olarkən, yerin altında olan hər şeyi çəkə bilir. 85% işləri tamamlamışıq. Bu qazma əməliyyatları ilə biz havada nümayiş etdirdiklərimizin nəticələrini gözə alaraq qazma işlərini bacara bilərik və orada mineralın varlığını aşkar edəcəyik”- deyə danışıb.

Nazir Dönməz, Türkiyədə neft axtarış işlərinin getdikcə artdığını ifadə edərək, hazırda Türkiyədə istifadə edilən neftin 8-10%-nin yerli hasilat olduğunu xatırladıb. "Keçdiyimiz il Türkiyə nefti üçün 70 qazma işi həyata keçirilmişdi, bu il 140-a çatdırmalıyıq.  Ötən ilin gündəlik 45 min barel hasilatı, bu il 50 min barelə çatdırmaq istəyirik. Hədəfimiz də inşAllah 2023-cü ildə Türkiyə daxilində, həm dövlət, həm də özəl sektorun 100 min barelini tutmalıyıq, biz hazırda istehlak etdiyimiz neftin 10%-ni çıxara bilirik. Əhalimiz 10 milyon olsaydı öz hasilatımız kifayət edərdi. Amma 80 milyonu keçmişik, nə qədər hasilat artsa da tələbat ödənilmir”.

Enerji və Təbii Sərvətlər naziri çıxışına bu cür davam edib:

“Sadəcə quruda araşdırma aparmırıq. Dənizdə də axtarışlar artıb. İndi Aralıq dənizinə çıxmışıq. Fateh adlı bir ədəd milli gəmimiz var. İlk axtarışlarını həyata keçirir, neft varmı yoxmu bilmirik. Olmasa da tez üz döndərməyəcəyik. Tapanadək axtarış davam edəcək. Bir gəmi kifayət etməz deyə ikincisin aldıq. Adını Yavuz qoymuşuq və test sınaqları keçirilib. Ən qısa vaxt ərzində onu da Aralıq dənizinə göndərəcəyik”.

Mehman Nəbiyev