"Rusiya tərəfdən hərbi təhlükə yaranarsa, NATO Polşaya 300 minə yaxın əsgər göndərə bilər".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Polşa ordusunun generalı Karol Dymanovski deyib.

“Bunlar NATO-nun Vilnüsdə keçirilən sonuncu sammitdə siyasi səviyyədə təsdiq edilmiş son planlarının müddəalarıdır. İndiyədək NATO-nun önündə 40 min əsgər var idisə, indi 300 min olacaq”, - zabit bildirib.

Bundan əvvəl Polşa Müdafiə Nazirliyi bildirib ki, bəzi NATO ölkələri artıq öz ordusunu Ukraynaya göndərib. 

 

Sadiq Cavadov