Hindistanın cənubundakı Kerala əyalətində baş verən çoxsaylı torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ştatın səhiyyə departamenti bildirib.

Məlumata görə, sürüşmə nəticəsində 120-dən çox insan yaralanıb.

Bildirilib ki, sürüşmələrə iyulun 30-na keçən gecə ştata yağan musson yağışları səbəb olub.

 

Gözəl Həşimova