Qırğızıstan prezidenti Sadır Japarov veb-kamera sənayesini cinayət məsuliyyətinə cəlb edən qanun imzalayıb.

İqtisadiyyat.az "Kommersant"a istinadən xəbər verir ki, iyulun 26-da bu qanun layihəsi Qırğızıstan parlamenti tərəfindən qəbul edilib.

Məlumata görə, Qırğızıstanda veb-kamera studiyalarının təşkilatçılarını 100-300 min som cərimə və ya 7 ilə qədər həbs gözləyir.

Bundan əvvəl Qırğızıstan parlamentinin üzvləri bəyan ediblər ki, ölkədə veb-kamera sənayesi fəal inkişaf edir.

 

Gözəl Həşimova