Böyük Britaniyanın Lester şəhərində yaşayan 21 yaşlı Roda Rodriqez Diaz sutkada 22 saat yatır.

Buna səbəb milyonda bir insanda tapılan nadir "Kleyn-Levin" xəstəliydir. Nadir xəstəlik səbəbindən Diaz həyatın onun yanından keçməsindən gileylənir.

“Bütöv həftə yatdığımı anlayanda real həyatın yanımdan keçdiyini anlayıram”-deyə tələbə qız gileylənib. Onun sözlərinə görə, ən uzunmüddətli yuxusu 3 həftə davam edib.

2018-ci ildə kurs işini vaxtında yazmadığı üçün və imtahanlara girmədiyi üçün universitetdən qovulan Diaz xəstəliyi ilə bağlı rəsmi diaqnozu göstərdikdən sonra “xüsusi qız” kimi yenidən ali məktəbə qəbul edilib.

Adətən, "Kleyn-Levin" sindromu yaxud yatmış gözəl xəstəliyi yeniyetməlik vaxtı müşahidə olunur və milyonda bir rast gəlinir.(modern.az)