Qardaş Türkiyədə baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində mindən çox şəxsin həlak olması, 20 mindən çox şəxsin yaralanması ilə dövlətlərlə yanaşı, şirkətlər də Türkiyə üçün yardım kampaniyasına qoşulublar.

İqtisadiyyat.az xəbər verir ki, bu məqsədlə “Mr FİX” şirkəti Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm, Türkiyə!” adlı kampaniyasına qoşularaq qardaş ölkə üçün  500 000 TL vəsait ayırıb.