Qidalar orqanizmimizə faydalı olan ən təbii “dərman”lardır. Quru meyvələrdən və görkəmsiz olan keçibuynuzunun faydaları isə saymaqla bitməz. İqtisadiyyat.az orqanizmə yararlı olan və ağciyərləri qısa zamanda təmizləməyə qadir olan keçibuynuzunun faydalarını oxucularına təqdim edir.

Uşaqlarda alergiya və astmaya qarşı əvəzolunmaz qidadır. Kişilərdə sperma azalmasının qarşısını alır. Tibbdə çarəsi tapılmayan soyuğa qarşı alergiyaya, özünəməxsus təsir edir. Dırnaq qırılmalarını və zəifliyini aradan qaldırır. Qadınlarda saçın tez uzanmasına kömək edən effektiv vasitədir. Davamlı öskürəklərin qabağını alır. Ağciyər xərçənginə tutulma təhlükəniz varsa, keçibuynuzu qəbul edin. Qeyd olunan xəstəliklərdən yaxa qurtarmaq üçün keçibuynuzunu istər bəhməz şəklində, istərsə də olduğu kimi yeyin.

Keçibuynuzu ilə ağciyər təmizlənməsinin üsulları.

6-7 ədəd keçibuynuzunu soyuq su ilə yaxalayın. Sonra onları xırda-xırda doğrayın. Doğranmış keçibuynuzlarını qaynamaqda olan yarım litr suya tökün və 7-8 dəqiqə qaynadın. Daha sonra 20 dəqiqə soyudun. Soyuduqdan sonra içindəki parçaları çıxarın. Suyunu şüşə qabda saxlayın. Hazırladığınız suyu hər gün səhər və axşam bir stəkan için. Effektiv təsiri üçün bu proses 1 ay davam etməlidir. Qeyd etmək lazımdır ki, hər gün yenisi hazırlanmalıdır.

Ağciyər təmizlənməsində əvəzolunmaz təsirə məxsus bitkilərdən biri də tərə otudur.

Siqareti tərgitmək istəyənlər çətinlik çəkirlərsə, hər ayın ilk 4-5 günü, gündə bir dəstə tərə yeməlidir. Bu bir dəstənin yarısını səhər, yarısını da günortadan sonra yemək lazımdır. Bu proses 5 gün davam etməlidir. İlk gündən ağciyərlərin bəlğəmdən təmizlənməsi başlayacaq. Tərə həmçinin ağciyər üzərində olan mikrobları da təmizləyə bilir.

 

Mehman Nəbiyev