"2023-cü ildə Yaxın Şərqdə "McDonald's"ın İsrailə görə boykot edilməsi satışlara ciddi təsir edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "McDonald's" restoranlar şəbəkəsinin baş direktoru Kris Kempinski bildirib.

Onun sözlərinə görə, "McDonald's"a qarşı irəli sürülən ittihamlarla bağlı satış zəifləyib. Buna görə də şirkətin gəlirləri hələlik açıqlanmasa da, azalıb.

Amma 2022-ci maliyyə ilində isə 100-dən çox ölkədə 40 275 restoranı olan "McDonald's" 23,1 milyard dollar gəlir əldə edib.

Xatırladaq ki, "McDonald's" ötən ilin oktyabr ayında fotoşəkillər paylaşaraq İsrail ordusuna pulsuz yemək verdiyini elan edib. Qəzzada müharibənin başlamasından sonra "McDonald's" və "Starbucks" da daxil olmaqla bir sıra brendlər İsraillə əlaqəsi olduğu iddiası ilə boykot kampaniyalarının hədəfinə çevrilib.

 

Gözəl Həşimova