Manisanın Salihli mahalını yenidən neft həyəcanı bürüyüb.

Keçən il neftə bənzər qara mayenin çıxdığı quyunun yaxınlığında üzüm bağına su axtaran fermer də oxşar vəziyyətlə üzləşib. 


İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Neft Şirkəti tərəfindən Salihlidə araşdırmalar davam edərkən, keçən il qara yağa bənzər mayenin çıxdığı yerdən də oxşar xəbər gəlib.

Zeytunluqda üzüm bağı üçün su axtaran fermer qazma işləri apararkən xam neftə bənzəyən qara maye ilə qarşılaşıb. 208 metrdən mayenin çıxdığından əmin olmaq istəyən fermerin alışdırdığı maye alovlanaraq zeytun ağaclarını yandırıb.

Quyudan çıxan qara mayedən müayinə üçün nümunə götürüləcəyi bildirilib.