Əgər 6 oktyabrda keçiriləcək İngiltərə Premyer Liqası (APL) matçında "Mançester Yunayted" "Aston Villa"ya məğlub olsa, baş məşqçi Erik ten Haq klubdan qovulacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. 

Hazırda "Mançester Yunayted" turnir cədvəlində 14-cü yeri tutur və 7 xal toplayıb. "Aston Villa" isə 13 xalla beşinci yerdə qərarlaşıb.

Turnir cədvəlinə 18 xalla "Liverpul" başçılıq edir, ikinci yerdə 17 xalla "Mançester Siti" yer alır. Londonun "Arsenal" klubu isə əlavə göstəricilərə görə "Siti"dən geri qalır.

Erik ten Haq "Mançester Yunayted"in baş məşqçisi vəzifəsini 2022-ci ilin aprelində qəbul edib və 2023-cü ilin fevralın 26-da İngiltərədəki ilk məşqçi kubokunu qazanıb. O, "Mançester Yunayted"i İngiltərə Liqa Kubokunun finalında "Nyukasl"a qarşı 2:0 hesablı qələbəyə aparıb. 

Bundan əvvəl "Tottenhem" azarkeşləri Erik ten Haqı bağlı məsxərəyə qoymuşdular.