Beyrut Beynəlxalq Hava Limanında elektrik enerjisi təchizatında fasilələr baş verib. İsrailin ətraf ərazilərə həyata keçirdiyi hava hücumlarından sonra hava limanının bəzi infrastrukturu enerjisiz qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat verib.

Məlumata görə, paytaxt Livanın cənub bölgələrinə edilən hücumlardan sonra hava limanının şərq hissəsi elektrik kəsintilərilə üzləşib. Hazırda enerji təchizatı bərpa edilib.

"The Times of Israel" nəşrinin məlumatına görə, 6 oktyabr gecəsi İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Beyrutun cənub ətrafına zərbələr endirib.

"Al Hadath" telekanalı isə bildirib ki, bir neçə partlayış Beyrut beynəlxalq hava limanının yaxınlığında baş verib, həmin vaxt hava limanında insanları təxliyə edən reyslər davam edirdi.