İsrail ordusunun sentyabrın 23-dən bu günə kimi Livanda “Hizbullah”a aid obyektlərə avia zərbələri zamanı ölənlərin sayı açıqlanıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Livan Səhiyyə Nazirliyi son bir həftə ərzində 783 nəfərin həyatını itirdiyini bəyan edib.

Qeyd edilib ki, insident zamanı yaralıların sayı isə 2312 nəfərə çatıb.