Braziliyalı qarışıq döyüş sənəti (MMA) döyüşçüsü Renato Moykano "UFC Fight Night 243" turnirində fransız döyüşçü Benoit Saint-Denis üzərində qələbə qazandıqdan sonra Fransa prezidenti Emmanuel Makronu təhqir edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 

İdmançının fikrincə, Makron qlobalistdir. “Onlar siyasi və korrupsioner proqramı irəli sürməyə çalışırlar”, - deyə Moykano bildirib.

Döyüş şənbə günü, 28 sentyabrda Parisdə baş tutub. Moykano texniki nokautla qələbə qazanıb. İkinci raunddan sonra  Saint-Denisin hər iki gözü hematomadan bağlandığı üçün həkimlər döyüşü davam etdirməsinə icazə verməyiblər.

Bu, Moykano üçün MMA-da 26 döyüşdə 20-ci qələbədir. O, beş dəfə məğlub olub, bir döyüş isə heç-heçə ilə yekunlaşıb.