İsrailin "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullahın ölümü ilə nəticələnən “Yeni nizam” əməliyyatının simulyasiya görüntüsü yayılıb.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə "əl-Ərəbiyyə" telekanalı video paylaşıb. 

Belə ki, canlı kəşfiyyatçılar və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə bir qrup yüksək rütbəli funksionerin "Hizbullah"ın komandanlıq mərkəzinə gəlişi qeydə alınıb.

Həsən Nəsrullahın bunkerdə olması barədə etibarlı məlumat alındıqdan sonra anti-bunker bombaları ilə kütləvi hava zərbəsi endirilib.