Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında ittiham olunub.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Weekly Blitz xəbər yayıb. 

Malavi xeyriyyə təşkilatı Efiopiya Dünya Federasiyası dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma başlatmasını tələb edib. 

Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi Education Malawi fondu olub.  

Efiopiya Dünya Federasiyasının bəyanatında uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyət hədələri, fırıldaqçılıq, aldatma və səlahiyyətdən sui-istifadə və ya uşaqların zəifliyi ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının Afrika və Afrikalı uşaqlara girişi ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalı olduğu bildirilib.