“Kreml Braziliyada iğtişaşların təhrikçilərinin hərəkətlərini pisləyir və prezident Luiz İnasio Lula da Silvanın asayişi bərpa etmək səylərini dəstəkləyir.”

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, yanvarın 8 -də Braziliyanın paytaxtında keçmiş prezident Jair Bolsonaronun tərəfdarları tərəfindən törədilən iğtişaşlar səbəbindən fövqəladə vəziyyət elan edilib. Onların hazırkı hökumətin istefasını tələb etdikləri dəqiqləşdirilir. Polis gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə məmurlara daş atıblar.