Kosovanın baş naziri Albin Kurti ölkəsinin Avropa Birliyinə üzvlük üçün islahatlar üzərində işləməyə davam edəcəklərini bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Kosovonun baş naziri Albin Kurti Vyanada Avstriyanın baş naziri Karl Nehammer ilə görüşdən sonra birgə mətbuat konfransı keçirib.

Avstriyanın Kosovonun mühüm tərəfdaşı olduğunu deyən Kurti bu ölkə ilə əlaqələrini dərinləşdirmək istədiyini dilə gətirib.

Kosovonun bir ay əvvəl Avropa Birliyinə (AB) üzvlük üçün müraciət etdiyini xatırladan Kurti, "AB-yə üzvlük yolunda islahatlar üzərində işləməyə davam edəcəyik" , - deyə bildirib.