İranın Kirman vilayətində törədilən kamikadze hücumunda ölənlərin sayının 91-ə yüksəldiyi bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Hücum zamanı yaralanan və xəstəxanaya yerləşdirilənlərin vəziyyəti barədə məlumat verən Təcili Yardım Mərkəzinin sözçüsü Babək Yektaperest daha iki nəfərin öldüyünü açıqlayıb.

Qeyd edək ki, hazırda xəstəxanada 102 nəfərin müalicəsi davam edir.

Əli Ağayev