İndoneziyada güclü zəlzələ baş verib.

IZ.RU agentliyi ABŞ-ın Geoloji Xidmətinə istinadən məlumat verir ki, İndoneziyanın cənubundakı Molukk adalarının sahillərində 6,1 bal gücündə zəlzələ olub.

Yerli vaxtla 04:37-də (Bakı vaxtı ilə 00:37-də) qeydə alınan yeraltı təkanların episentri 60 km dərinlikdə yerləşir. 

Hadisə nəticəsində zərər çəkənlər və dağıntılar barədə məlumat yoxdur.