İlon Maskın 2022-ci ilin oktyabrında 44 milyard dollara aldığı əvvəllər "Twitter" kimi tanınan "X" platforması dəyərinin demək olar ki, 80%-ni itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə investisiya nəhəngi "Fidelity"in hesablamalarında deyilir.

Məlumata görə, "X" hazırda təxminən 9,4 milyard dollar dəyərindədir.

Platformanın səhmləri avqustun sonunda cəmi 4,2 milyon dollar dəyərində qiymətləndirilib. Bu, iyul ilə müqayisədə 24 faiz, Maskın "Twitter"i satın aldığı zaman ilə müqayisədə isə 79 faiz azalma deməkdir. Buna səbəb kimi platformanın reklam gəlirlərindəki azalma göstərilir.

Buna baxmayaraq, "X" platforması Maskın rəhbərliyi altında sosial mediada güclü oyunçu olaraq qalır. Belə ki, platformanın aylıq aktiv istifadəçilərinin sayı 6 faiz artaraq 570 milyona çatıb.

 

Gözəl Həşimova