"Yaxın Şərqlə hiyləgər planlar işə düşüb. Baş verənlərə görə Qərb günahkardır. Çünki beynəlxalq hüquq işləmir".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada "TEKNOFEST 2024" festivalında bildirib. 

Ərdoğan əlavə edib ki, ölkəsi Yaxın Şərqdə baş verənlərin fərqindədir və hadisələri anbaan izləyir.

Türkiyə prezienti çıxışı zamanı deyib ki, indiki şəraitdə ölkəsi daha da güclü olmalıdır.