Azərbaycanda "Elektron kommunikasiya haqqında" yeni qanun layihəsi hazırlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin İdarə Heyətinin sədri Nail Mərdanov bildirib.

Onun sözlərinə görə, artıq yeni “Elektron kommunikasiya haqqında” qanun layihəsi tam hazırdır və müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. 

Layihə tam hazırlandıqdan sonra müvafiq orqana təqdim ediləcək. 

Yeni qaydalar internetin sürəti və qiymətinə nəzarətin artırılması, telekommunikasiya sahəsində fəaliyyətə başlamaq istəyən sahibkarlara dəstək verilməsi ilə bağlı məsələləri özündə ehtiva edir.