Estoniyanın 15 regionundan 9-da ictimai nəqliyyat pulsuz olacaq.

Bu haqda qərar iyulun 1-dən qüvvəyə minəcək. Ölkənin digər 6 regionu isə 2020-ci ilədək bu təcrübəyə qoşulacaq. Xatırladaq ki, Tallində 2013-cü ildən ictimai nəqliyyat ödənişsizdir.

Qeyd edək ki, ölkə vətəndaşları nəqliyyat kartını bir dəfə qeydiyyatdan keçirməklə şəhərdaxili nəqliyyatdan pulsuz istifadə edəcək.

Məlumatı “Euronews” yayıb.