“İcbari tibbi sığorta sisteminin tətbiqi sosial iqtisadi inkişaf üçün yeni mərhələdir”.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

O bildirib ki, icbari tibbi sığorta haqları üzrə beş ayda dövlət büdcəsinə 216 800 000 manat vəsait ödənilib və bu da, proqnoza nisbətən 10,7 faiz çox olub.