Hindistan azalan taxıl ehtiyatlarını doldurmaq və məhsul çatışmazlığı səbəbindən artan qiymətləri sabitləşdirmək üçün 6 illik fasilədən sonra xaricdən, ilk növbədə Rusiyadan buğda idxalını bərpa etməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat.az “The Economic Times”a istinadən xəbər verir.

Məlumata görə, yeni mövsümün buğda biçini yaxınlaşdıqca, hökumət Rusiyada məhsul yığımına vaxtında çatmaq üçün çox güman ki, iyunun sonuna qədər qərar qəbul edəcək. Bundan əlavə, Yeni Dehlinin buğda idxalına tətbiq etdiyi 40% vergidən imtina etməsi gözlənilir ki, bu da aparıcı buğda ixracatçısı kimi Rusiyadan alışları artıracaq.

Belə bir qərar hazırda Hindistanda keçirilən ümumi parlament seçkilərindən sonra qəbul edilə bilər. Səsvermənin nəticələri iyunun 4-də açıqlanmalıdır.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 59,6 milyon ABŞ dolları dəyərində 266,6 min ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 52%, həcmi isə 34,8 % azdır.

 

Gözəl Həşimova