Azərbaycandan bu ilin birinci yarısında 22,7 milyon ABŞ dolları məbləğində 34,1 min ton alma ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,4 min dollar çoxdur.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 22,5 milyon ABŞ dolları dəyərində 34,7 min ton alma ixrac edib.

 

Gözəl Həşimova