Rusiyanın S7 hava yolu şirkətinin rəhbərlərindən olan Nataliya Filevanın da içində olduğu təyyarə Almaniyada qəzaya uğrayıb.

Sosialxəbər.az xəbər verir ki, bu barədə S7-nin mətbuatla əlaqələr şöbəsi məlumat yayıb.

Açıqlamada N.Filevanın atasının da təyyarədə olduğu və hər ikisinin, eləcə də pilotun həlak olduğu bildirilib.