Bu ilin I rübündə Gürcüstanda 1012,8 mln. kub metr təbii qaz istehlak olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

İllik müqayisədə qonşu ölkədə qaz istehlakı 19,1% artıb.

Yanvar-mart aylarında Gürcüstanda 296,9 min ton neft məhsulu istehlak olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 29,2 min ton azdır.