Bu ilin iyun ayına qədər Somalidə 1,7 milyon nəfər insan kəskin qida çatışmazlığı ilə üzləşəcək (Bu rəqəm 10 faiz artıb). 

“Anadolu” agentiyinin məlumatına görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik danışıb. O bildirib ki, Somalidə aclıq göstəriciləri birbaşa quraqlıqla əlaqəlidir. 

"İyun ayında Somalidə kəskin qida çatışmazlığından əziyyət çəkən uşaqların sayı 954 minə çatacaq və onların 174 min 600 nəfəri kritik qrupa düşəcək", - deyə Dyucarrik məlumat verib.  BMT Baş Katibinin nümayəndəsi Somaliyə göndərilməli olan 1.08 milyard dollar həcmindəki köçürmələrin yalnız 19 faizinin ünvana çatdığını  vurğulayıb. Bu da səhiyyə müəssisələrinin, xüsusilə, gigiyena və təmiz su ilə əlaqədar obyektlərin fəaliyyətinin məhdudlaşmasına gətirib çıxarıb.(moderator.az)