Fransada Geologiya və Mineral Tədqiqatlar Bürosu (BRGM) ölkənin əksər hissəsində yeraltı suların azalmasının narahatlıq doğurduğunu bildirib.


İqtisadiyyat.az xəbər verir ki, BRGM tərəfindən dərc edilən status hesabatında, 2022-ci ilin dekabr ayı etibarilə qrunt sularının səviyyəsinin qənaətbəxş olmadığı və yağıntıların 2022-ci ildə kəsiri bağlamaq üçün kifayət etmədiyi bildirilib.

BRGM-nin direktor müavini Pierre Pannet mətbuat konfransında vəziyyətin 2021-2022-ci illərin qışından daha əlverişsiz olduğunu bildirib.

2023-cü ildə quraqlığın davam edəcəyi təqdirdə vəziyyətin 2022-ci ilin yayın sonundakından daha pis olacağını qeyd edən Pannet, ötən ilin yayın sonunda Fransanın demək olar ki, bütün əyalətlərində su məhdudiyyətlərinin olduğunu xatırladıb.

Bu məhdudiyyətlər hələ də ölkənin təxminən 12 əyalətində qüvvədədir.

Qeyd edilib ki, Fransada içməli suyun üçdə ikisi yeraltı sulardan gəlir.