Fransanın Jirond bölgəsindəki meşəlik ərazidə 3 partlamamış top mərmisinin tapıldığı bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

Məlumata görə La Teste-de-Buch meşə ərazisində gəzən bir şəxs xəndəkdə basdırılmış 3 paslı top gülləsi görüb.

Xəbərdarlıq üzərinə bölgəyə göndərilən mülki təhlükəsizlik qrupu, apardıqları araşdırmalar nəticəsində top güllələrinin partlama riskinin olmadığını müəyyən edib. Mühafizə ilə əhatə olunmuş ərazidən güllələrin çıxarılması planlaşdırılır.

Artilleriya mərmilərinin dəqiq hansı dövrə aid olduğu müəyyən edilə bilməyib və hadisə ilə bağlı araşdırma başlanmayıb.