İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, Bank of Amerika-dan sonra, ABŞ-ın investisiya banklarında olan Morgan Stanley də ABŞ-Çin ticarət əlaqələrinin gərginləşəcəyi halda qlobal iqtisadiyyatın durğunluğa düşəcəyi barədə xəbərdarlıq edib. Bank of Amerika analitikləri keçən həftənin əvvəli, dünyanın iki ən böyük iqtisadi ölkəsi arasında gedən və heç bir razılaşma ilə bitməyən ticarət müharibəsinin dünya iqtisadiyyatını durğunluğa aparacağını demişdilər. “Newsweek”in xəbərinə görə, çin məhsullarına tarifin yüksəlməsi qlobal iqtisadiyyatı durğunluğa doğru çəkəcəyinə və ABŞ Mərkəzi Bankının (FED) faizləri sıfırlamaq məcburiyyətində qalacağına diqqət çəkib.

Morgan Stanley analitiklərinin araşdırmasında, “ABŞ-la Çin arasındakı münasibətlər gərginləşərsə, bir razılıq əldə olunmazsa və ABŞ Çindən 300 milyard dollarlıq idxalata daha 25% tarif tətbiq edərsə, qlobal iqtisadiyyatın durğunluğa getdiyini görəcəyik” deyilib. Analitiklər, gedişata qarşılıq olaraq FED-in faizləri 2020-nin birinci rübündə yenidən sıfıra endirmək məcburiyyətində qalacağı xəbərdarlığını da ediblər.