“Birinci Qarabağ müharibəsi ilə əlaqədar Ermənistan tərəfindən 100 nəfərə aid olması ehtimal edilən meyit qalıqları verilib”.

“Report”un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bu gün keçirilən mətbuat konfransında deyib.