Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvaya səfər edib. İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, Ərdoğanın olduğu “TC-TUR” təyyarəsi saat 13:21-də Moskvadakı “Vnukovo-II”  hava limanına enib. Hava limanından ayrılan Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Kremlə gedib. İkili münasibətlər və regional problemlər haqqında görüşəcəklərini deyən Türkiyə Prezidenti “Bir çox sahələrdə istər siyasi, istər hərbi, strateji, iqtisadi və mədəni görüşmələrimiz oalcaq. Regional problemlərdən bəhs edən görüşlərimizin əsasını ikili münasibətlərimiz tutacaq. 3 anlaşma aramızda imzalanacaq. Bunlarla gələcəyə yönəlik addımlar atmış oluruq. Sizin də ifadə etdiyiniz kimi, ticarətdə 15% artımdan söhbət gedir. İstədiyimiz hədəf var idi, hədəfimiz 100 milyardlıq ticarətdir. Bu cəhətdən dəniz ticarəti işləri bitmiş sayılır. Qurudakı addımlar da planlandığı kimi davam edir. Hədəfimiz il ərzində bitiməkdir” ifadələrini işlədib.

Terrora qarşı mübarizənin ən mühüm mövzu olduğunu deyən türk dövlət başçısı,  “digər önəmli addım da, hazırda bölgədəki terrora qarşı mübarizədə birgə atdığımız addımlardır. Özəlliklə Suriyada atdığımız və atacağıız addım böyük önəm daşıyır. Bugunkü Yüksək Strateji Şurasının bu baxımdan önəm daşıdığına inanıram” dedi.

"Ticarət dövriyyəmiz 35 milyard dolara çatıb"

Putin görüşdə daha çox məsələnin müzakirə olunacağını və qərara alınacağını deyib. O, həmçinin ticarət dövriyyəsinin artırılmasından, 2023-cü ildə Ağquyu Nüvə Stansiyası ilə bağlı danışacaqlarını bildirib. Qarşılıqlı ticarət səviyyəsinin 15% artdığını deyən Putin, “ticarət dövriyyəmiz  35 milyarda çatıb” deyib.

Rusiya dövlət başçısı ilə görüşdən sonra Ərdoğan, Yüksək Strateji Şuranın 8-ci toplantısını idarə edəcək. Toplantıda türk və rus iş adamları ilə görüşməli olan Ərdoğan və Putin, anlaşmaların imzalanmasından sonra Kreml sarayında birgə mətbuat konfransı keçirəcəklər.

Qeyd edək ki, rusiyalı həmkarı ilə görüşdə Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri fateh Dönməz, Maliyyə naziri Berat Albayraq, Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, Müdafiə naziri Hulusi Akar, Kənd Təsərrüfatı naziri Bəkir Pakdəmirli, Ticarət naziri Ruhsar Pekcan, Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahid Turhan müşayiət edib.

Mehman Nəbiyev