Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrini özündə birləşdirən ECOSA təşkilatının İdarə Heyətinin sədri Yıldıray Gençer Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, görüş Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forum çərçivəsində baş tutub.

Görüşdə aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, aqrar sahədə görüləcək layihələr və bu istiqamətdə addımların atılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, ECOSA 2009-cu ildə toxum ticarətini inkişaf etdirmək məqsədilə yaradılıb. Hazırda təşkilata Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan,Əfqanıstan, Türkmənistan, Tacikistan və Özbəkistan ölkələri üzvdürlər.