Dünyanın "ən güclü" pasportlarının siyahısı açıqlanıb. Azərbaycan bu siyahıda 70-ci, Türkiyə 52-ci, Ermənistan isə 74-cü yerdə qərarlaşıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

2024-cü ilin "ən güclü" 10 pasportu bunlardır:

1. Fransa, Almaniya, İtaliya, Yaponiya, Sinqapur, İspaniya

2. Finlandiya, Cənubi Koreya, İsveç

3. Avstriya, Danimarka, İrlandiya, Hollandiya

4. Belçika, Lüksemburq, Norveç, Portuqaliya, Böyük Britaniya

5. Yunanıstan, Malta, İsveçrə

6. Avstraliya, Çexiya, Yeni Zelandiya, Polşa

7. Kanada, Macarıstan, ABŞ

8. Estoniya, Litva

9. Latviya, Slovakiya, Sloveniya

10. İslandiya

2024-cü ilin "ən zəif" 10 pasportu isə aşağıdakılardır:

1. Əfqanıstan

2. Suriya

3. İraq

4. Pakistan

5. Yəmən

6. Somali

7. Liviya, Nepal, Fələstin

8. Banqladeş, Şimali Koreya

9. Eritreya, Şri Lanka

10. İran, Livan, Nigeriya, Sudan

 

Gözəl Həşimova