Kakao paxlası dünyanın ən bahalı məhsuluna çevrilib.

Bu barədə İqtisadiyyat.az "İzvestiya" qəzetinə istinadən xəbər verir.

İlin əvvəlindən bəri kakaonun qiyməti 50%-dən çox artaraq 1970-ci illərdən bəri ən yüksək həddə çatıb. Bu ay dünya üzrə kakao paxlasının qiyməti bir ton üçün 6 min dollara yüksəlib.

2022-ci ildən bəri bu xammalın istehsalı üçün əsas region olan Qərbi Afrikada quraqlıq və istilər səbəbindən kakao paxlası 130% bahalaşıb.

Gözəl Həşimova