Dünya musiqi sənayesinin gəlirləri 2018-ci ildə rekorda, 19,1 milyard dollara çatıb.Bu barədə RBC səsyazma sənayesinin Beynəlxalq Federasiyasına istinadən yazıb. 2017-ci ildə bu rəqəm 1,8 milyard dollar olub, böyümə isə 9,7%-dir. Gəlirlərə ən böyük faydanı striminq audioxidmətlərinə abunəçilərindən əldə edilib və gəlirlər 1/3-ə qədər böyüyüb. Hazırda dünya musiqi sənayesinin gəlirlərinin 37%-ni təşkil edir. 

Federasiyanın hesablamasına görə, dünyada 255 milyon insan striminq audioxidmətlərindən pullu istifadə edir. Gəlirlərdə ikinci payı isə fiziki daşıyıcılarda musiqinin satışından gedir. Buna baxmayaraq, bu sahədən gəlirlər 10,1% azalıb. Musiqi sənayesində gəlirləri təmin edən 3-cü faktor isə sənətçilərin performanslarının satış haqqından əldə edilib. 

Federasiya mahnı, film, reklam, oyunlarda istifadə olunan mahnılardan əldə edilən gəlirləri 2% həcmində qiymətləndirib. Gəlirlərin 12%-i musiqi kompozisiyasının pullu yüklənməsində n əldə edilib. Musiqi yazılarının bazarı 4-cü ildir ki ardıcıl artır. Striminq xidmətləri üzərindən artım isə artıq 8 ildir ki, davamlı olaraq müşahidə olur.