İyulun 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,43% – 26 806,14 bəndədək, S&P 500 0,48% – 2 975,95 bəndədək, Nasdaq isə 0,78% – 8 098,38 bəndədək enib.

İqtisadiyyat.Az-ın məlumatına görə, Avropa fond bazarlarında iyulun 8-də FTSE 100 indeksi 0,05% – 7 549,27         bəndədək, Fransa CAC-40 0,08% – 5 589,19 bəndədək, Almaniya DAX-ı isə 0,20% – 12 543,51 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% azalaraq 1 404,3 dollara bərabər olub.

İyulun 8-də dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,15% azalaraq 1,121 dollar təşkil edib.