Amerikalı heykəltaraş Ceff Koonsun “Dovşan” adlı paslanmaz metaldan hazırlanmış heykəli 91.1 milyon dollara satılaraq rekord qırıb. İqtisadiyyat.Az Anadolu xəbər agentliyinə istinadən xəbər verir ki, Koonsun “dovşan” adlı heykəli Xristes muzey evi tərəfindən Nyu-Yorkda açıq hərraca çıxarılıb.

“Dovşan” adlı paslanmaz metaldan hazırlanan və 91.1 milyon dollara satılan heykəl, tarixdəki bir sənətkara aid ən baha qiymətə satılan əsər olub. Amerikalı heykəltaraş Koonsun “Dovşan” heykəli, ingilis rəssam Devid Hockneyin “Sənətçinin protreti(Hovuzda iki fiqur)” adlı tablosunun rekordunu əlindən almış olub.

Hockneyin tablosu keçən ilin nyabrında 90.3 milyon dollara satılaraq öz rekordunu qırmışdı. Ceff Koonsun 1986-cı ildə yaratdığı “Dovşan” heykəli Xristes muzey evi tərəfindən 20-ci əsrin ən böyük əsəri kimi tanınıb.

 

Mehman Nəbiyev