Logo

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirildi- NƏTİCƏLƏR


12 oktyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106032888 ISIN-li, 10 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Birjadan verilən məlumata görə, hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.6714  AZN (7%) və 101.3886  AZN (4.5%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.2488 AZN (4.5499%), orta ölçülmüş qiyməti  101.3519 AZN (4.5131%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59 milyon 766 min 300 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 8 oktyabr 2024-cü  ildir.

Hərrac iştirakçıları 13 oktyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

2021-10-12 17:32:00 124
Teqlər: