Eyni zamanda, bu ilin sonunadək Bakının Binəqədi, Nizami və Xəzər rayonlarında da “DOST” mərkəzlərinin yaradılması nəzərdə tutulur. 2019 – 2025-ci illərdə ölkədə 31 “DOST” Mərkəzi yaradılacaq. İqtisadiyyat.az ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinə istinadən məlumat verir ki, onlardan 5-i Bakı, 2-si Sumqayıt, 2-si Gəncə şəhərlərində, qalanları respublikanın digər regionlarında açılacaq.

Mərkəzlərdə dövlət sosial xidmətləri sistemləşdirilmiş formada vahid platformadan, “bir pəncərə”dən, vətəndaşlarla açıq iş şəraitində şəffaf və operativ şəkildə təqdim olunacaq. Bu xidmətlərə əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələr üzrə xidmətlər daxildir.